"Barselona"nın baş məşqçisi Xavi mümkün qovulması ilə bağlı məlumatlara cavab verdi.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Lider olmağı xoşlayıram. Futbolçuların qarşısında onları sakit saxlamaq üçün tənqid olunmağı xoşlayıram. Mən bütün həyatım boyu futbol oynamışam və dayanmaq fikrində deyiləm. Heç kim məni dayandıra bilməz. İnsanlar məndən soruşurlar ki, getməyi düşünürəm. Əksinə, qalmaqda çox maraqlıyam. Mən uğursuz olmaq istəmirəm, xüsusən də həyatımın klubunda”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest