"Rəhbərlik hər oyuna pul mükafatı təyin edir. Kifayət qədər də yaxşı rəqəmdir. Sadəcə, qələbə qazana bilmirdik"

“Difai Ağsu” I Liqada ilk qələbəsini qazanıb. 10 turdan sonra turnir cədvəlində sonuncu olan komanda bu qələbə ilə xallarını 4-ə çatdırıb. Peşəkar statuslu yarışda bu il debüt edən kollektivin baş məşqçisi Elgiz Kərəmli təəssüratlarını matc.az saytı ilə bölüşüb:

"Karvan"ı yaxından tanıyırdıq. Bundan öncə onlarla 2 dəfə qarşılaşmışıq. Onların zəif, üstün cəhətlərini araşdırmışdıq. Oyuna yaxşı hazırlamışdıq. Komandada oyundan-oyuna üstünlük hiss olunur. İstər məşqçilər, istər futbolçularda inam var idi. Son 2-3 matç idi  qələbə qazanmağı haqq edirdik. Sadəcə, təcrübə imkan vermirdi ki, üstün olduğumuz görüşdə qələbə qazanaq. Bu dəfə son dəqiqə qolu ilə qələbə qazandıq. İlk görüşlərdə inam az idi. Amma bu gün komandada inam var”.

Çalışdırıcı yeni transferlərdən də söz açıb: “İki yeni transferimiz var -  Volter və Kristian. Biri nigeriyalı, digəri isə kamerunludur. 2004-cü il təvəllüdlüdürlər. Hər ikisi yarımmüdafiəçidir. Baxışa gəldilər, bəyəndik və anlaşdıq. Özlərini yaxşı tərəfdən göstərirlər. Görüşdən-görüşə daha da inkişaf edəcəklər. Yeni transferlər də olacaq. 3-4 nəfər gözlənilir. Danışıqlar gedir”.

Elgiz Kərəmli qış fasiləsində bəzi futbolçuların komandadan ayrılacağını da söyləyib: "Gedənlər olacaq. Konkret olaraq dəqiqləşdirməmişik. Sonuncu oyunu gözləyirik. Ondan sonra qərar verəcəyik”.

Baş məşqçi rəhbərliyin futbolçulara pul mükafatı ayırdığını da dedi: “Rəhbərlik hər oyuna pul mükafatı təyin edir. Kifayət qədər də yaxşı rəqəmdir. Sadəcə, qələbə qazana bilmirdik".

Günay VƏLİYEVA

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest