15 Dekabr 2023, 22:50
FUTBOL
Səudiyyə Ərəbistanında keçirilən klublararası dünya çempionatının yarımfinal mərhələsində “Mançester Siti”nin rəqibi müəyyənləşib.
Matc.az xəbər verir ki, 1/4 final qarşılaşmasında Yaponiyanın “Urava” klubu “Leon”a (Meksika) qalib gəlib - 1:0. Yeganə qolun müəllifi 78-ci dəqiqədə Aleks Şalk olub.
Beləliklə, "Urava" "Mançester Siti" ilə qarşılaşacağı turnirin yarımfinalına yüksəlib. Digər yarımfinalda isə Braziliyanın “Fluminense” komandası Misirin “Əl Əhli” və Səudiyyə Ərəbistanının “Əl İttihad” komandaları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq.