Mançester Yunayted-in baş məşqçisi Erik ten Haq 17-ci tur çərçivəsində baş tutacaq "Liverpul"la qarşıdakı derbini şərh edib. 

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Xeyr, biz narahat deyilik. Mübarizə apara bilən komanda yaradacağıq və onları bacardığımız qədər hazırlayacağıq. Əminik ki, bu matçda qalib gəlməyə qadir komanda toplaya bilərik.Son məğlubiyyət 0:7? Keçən mövsüm çox qorxduğumuzu görmədim. Pis təcrübə idi, amma fərqli bir mövsümdür. Həmin matçın birinci hissəsində çox yaxşı oynadıq. Amma fasilədən sonra bizi məğlub etdilər və biz dağıldıq. Biz bunu diqqətdən kənarda qoymayacağıq. Özümüzə arxayınıq və mübarizə aparmalıyıq. Ora məhz bu ideya ilə gəlməliyik, qalib gəlmək üçün hazırlaşmalıyıq. “Enfild”ə gedəndə hər kəs son dərəcə motivasiyalı olur. Çətin olacağını başa düşürük. Lakin hər bir top-futbolçu belə bir çətinliyi arzulayır. Biz bu matçı səbirsizliklə gözləyirik və keçmiş nəticə öz xeyrimizə istifadə etdiyimiz bir dərs olmalıdır. Biz bunu bazar günü sübut edə bilərik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest