"Barselona" prezidenti Joan Laporta komandanın son uğursuz nəticələri haqqında danışıb.

Matc.az xəbər verir, "Barselona" son iki oyununda - La Liqada "Jirona"ya (2:4), Çempionlar Liqasında isə "Antverpen"ə (2:3) məğlub olub. Klub rəsmisi bu barədə yerli mətbuata açıqlama verib: “Həyatımızın bir hissəsi olan idman məyusluqlarına baxmayaraq, dünyanın ən yaxşı klubunu təmsil etməkdən qürur duymağa davam etdiyimiz müddətdə heç vaxt təslim olmayacağıq. Superkubokda, kubokda, İspaniya çempionatında və Çempionlar Liqasında mübarizəmizi davam etdiririk. Bu gün sizdən həmişəkindən daha çox xahiş edirəm ki, oyunçularımızı və məşqçimizi dəstəkləyəsiniz, onları qələbə yolunda müşayiət edəsiniz. Biz birlikdə buna nail ola bilərik”.

Qeyd edək ki, "Barselona" hazırda İspaniya çempionatının turnir cədvəlində 4-cü yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest