Madrid “Real”ı yarımmüdafiəçisi Luka Modriçlə bağlı qərarını verib. Matc.az İspaniyanın “Sport” nəşrinə istinadən xəbər verir ki,  xorvatiyalı futbolçu 2023/2024 mövsümünün sonunda komandanı tərk edəcək.

Futbolçunun müqaviləsi başa çatır və Madrid klubunun rəhbərliyi xorvatiyalı futbolçuya yeni müqavilə təklif etməmək qərarına gəlib.

Modriç 2012-ci ildən “Real”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 18 oyun keçirib və iki məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest