16 Dekabr 2023, 18:38
FUTBOL
“Atletiko” və Braziliya millisinin sabiq müdafiəçisi Filipe Luis baş məşqçinin istifadə etdiyi taktikadan danışıb.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Messi indiyə qədər birlikdə oynadığım ən yaxşı oyunçudur. 2006-cı ildən 2016-cı ilə kimi onun bütün oyunlarına baxmışam. Məşqçim məni Messiyə qarşı oynamağa məcbur etsəydi, heç nə etməzdim. Siz ona qarşı müdafiə taktikası ilə çıxış edə bilərsiniz, lakin o, yenə də qol vurmağa və assistlər etməyə davam edəcək. Məşqçilər var ki, Messinin mühafizəsinə bir futbolçu qoyur. Digərləri iki-üç oyunçu qoyur. "Atletiko"da Simeone yalnız onu izləmək üçün dörd oyunçu təyin etmişdi. "Barselona" ilə oyunlara qədər Simeone heç vaxt onun adını çəkmirdi”.