“Mançester Yunayted”in hücumçusu Markus Raşford norovirus (qış qusma xəstəliyi) xəstəliyindən əziyyət çəkir.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İngiltərəlinin Çempionlar Liqasında "Bavariya" ilə matçı (0:1) məhz bu səbəbdən buraxdığı, həmçinin Premyer Liqada dekabrın 17-də "Liverpul"a qarşı oynamamaq riski ilə üzləşdiyi qeyd edilir. Klubun həkimləri onun xəstəliyinin yoluxucu olmadığını təsdiqləyiblər. Ona görə də cümə günü komanda ilə məşq etməyə icazə verilib. Markus da bu gün məşqdə iştirak etməlidir.

Qeyd edək ki, norovirusun simptomlarına ürəkbulanma, ishal, qusma, qızdırma və baş ağrıları daxildir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest