Dekabrın 16-sı “Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruynenin evindən oğurluq edilib.
 
Matc.az xəbər verir ki, cinayət hadisəsi saat 16:00-21:00 arasında baş verib. İlk olaraq bundan futbolçunun həyat yoldaşı Mişel Lakroix xəbər tutub və o, dərhal polislə əlaqə saxlayıb.
 
Cinayətkarların evə birinci mərtəbədən pilləkənlərlə daxil olduqları, həmin vaxt evdə heç kimin olmadığı qeyd edilir. Əsasən qiymətli əşyaların oğurlandığı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest