FIFA U-15 dünya çempionatı və festivalı beynəlxalq futbol ictimaiyyətinin böyük marağına səbəb olub. Matc.az xəbər verir ki, bunu FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
Fransalı mütəxəssis Bakıda keçirilən yarışın yeni formatını yüksək qiymətləndirib. Onun sözlərinə görə, meydandakı oyunçu sayının azaldılması qarşılaşmaların daha dinamik və intensiv keçməsinə şərait yaradıb.
“Hər kəs bu turnirə aşiq oldu və hamı onun dərhal yenidən keçirilməsini istəyir. Meydandakı oyunçu sayının azaldılması fərqləri aradan qaldırmağa kömək edir. Eyni zamanda, hər matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi”, – deyə Venger bildirib.
O, yeni formatın azarkeşlər üçün də daha cəlbedici olduğunu vurğulayıb. Mütəxəssis qeyd edib ki, bu sistemdə topu ələ keçirən komanda dərhal təhlükəli hücum təşkil edə bilir. Bu isə oyunun tempini artıraraq tamaşaçıların marağını gücləndirir.













