"Real"ın baş məşqçisi Karlo Ançelotti müdafiəçi David Alabanın ciddi zədəsi səbəbindən klubun mümkün transferini açıqlayıb.

Matc.az xəbər verir ki, 31 yaşlı avstriyalı La Liqanın 17-ci turunun "Vilyarreal"la duelində dizinin çarpaz bağını qoparıb. (4:1). Çalışdırıcı açıqlamasında deyib: "Yaxın gələcəkdə yanvar transfer pəncərəsində kiminləsə müqavilə bağlaya biləcəyimizi dəqiq bilmirəm. Amma yeniliklər ola bilər. Komandaya kömək mütləq lazımdır".

Qeyd edək ki, "Real"ın mətbuat xidməti artıq tibbi müayinənin nəticələrinə əsasən Alabanın sol dizində çarpaz bağın qopması diaqnozu qoyulduğunu və indi futbolçunun əməliyyat olunacağını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest