Son oyunöncəsi əhvalımızın korlanmasına icazə vermədilər. Oyunu erkən bitirə bilərdik. Bəzi epizodlara ürəklə yanaşsaydılar, narahatlıq olmazdı. Rəqib sona qədər eyni oyunu oynadı.
“Sevindirici haldır ki, oyunu zədəsiz başa vurduq”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Karvan”ı 3:1 hesabı ilə məğlub edən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib: “Futbolçularımı və rəqibi təbrik edirəm. "Karvan"dan xoşum gəldi. Sevindirici haldır ki, oyunu zədəsiz başa vurduq. Komandam “panika”ya düşmədi və istədiyimizi yerinə yetirdilər. Son oyunöncəsi əhvalımızın korlanmasına icazə vermədilər. Oyunu erkən bitirə bilərdik. Bəzi epizodlara ürəklə yanaşsaydılar, narahatlıq olmazdı. Rəqib sona qədər eyni oyunu oynadı. Aşağı liqa klublarının belə oyunu normaldır. Əsas olan qələbə qazanmaq idi”.