18 Dekabr 2023, 22:50
FUTBOL
“Mançester Siti-nin yarımmüdafiəçisi Kevin De Bruyne komanda ilə məşqlərə başlayıb.
Matc.az xəbər verir ki, bazar ertəsi belçikalı futbolçu Səudiyyə Ərəbistanında "Mançester Siti" klubunun Çempionatın yarımfinal duelindən əvvəl məşq edərkən görüntülənib. 32 yaşlı De Bruyne avqust ayından zədə səbəbindən sıradan çıxıb. O, bud nahiyəsindən zədə alıb və əməliyyat olunmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, “Mançester Siti” sabah Ciddədə Yaponiyanın “Urava Red Diamonds” komandası ilə qarşılaşacaq.