Braziliya polisi Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Marselinyo Kariokanın yoxa çıxması ilə bağlı araşdırmalara başlayıb.

Matc.az xəbər verir ki, futbolçu bazar günü, dekabrın 17-də konsertdən sonra yoxa çıxıb. Onun avtomobili hadisə yerindən 25 km aralıda tapılaraq polis bölməsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır və rayon ərazisində quraşdırılmış müşahidə kameralarından görüntülər axtarır. Bazar ertəsi səhər hərbi polis 52 yaşlı Kariokanın yoxa çıxmasında əli olmaqda şübhəli bilinən iki kişini saxlayıb. Futbolçunun vəkilinin sözlərinə görə, cinayətkarlar artıq onun ailəsi ilə əlaqə saxlayıb və 90 min real (indiki məzənnə ilə təxminən 18 min dollar) fidyə tələb ediblər.

Qeyd edək ki, Karioka karyerasında o, "Korintians", "Flamenqo", "Santos", "Vasko da Qama", "Brasiliense", "Santo Andre", "Ajaccio", "Al Nasr", "Osaka" və "Valensiya"da çıxış edib. O, Braziliya millisində dörd oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest