Prokurorluq irqi ədavəti qızışdırmaqda təqsirləndirilən “Nitsa”nın müdafiəçisi Youssef Atal üçün 10 aylıq şərti həbs cəzası və 45 min avro cərimə tələb edib.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Oktyabr ayında İsrail və Fələstin arasında münaqişənin fonunda Atal sosial mediada yəhudiləri “qara gün” elan edən bir video yayımladı. Noyabrın 23-də Əlcəzair millisinin futbolçusu həbs edilib. 27 yaşlı Atalın məhkəməsi bazar ertəsi Nitsa şəhərində baş tutub. Futbolçu deyib: “Bu videonu paylaşdım, çünki bunun sülh mesajı olduğunu düşündüm. Təəssüf edirəm ki, axıra kimi baxmamışam. Mən sadəcə futbolçuyam və siyasətə qarışmağa çalışmıram”.
Qeyd edək ki, Nitsa Cinayət Məhkəməsi Atalın işi ilə bağlı 2024-cü il yanvarın 3-də qərar verəcək..