Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, dünən start götürən mərhələnin ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
 
Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan" I Liqa komandası "İrəvan"la münasibətlərinə aydınlıq gətirib. Günün digər qarşılaşmasında da Premyer Liqa və aşağı liqa iştirakçıları üz-üzə gəliblər. Elitada işləri yolunda getməyən və autsayder mövqeyində qərarlaşan "Qəbələ" kubokda "İmişli" ilə qarşılaşıb. Elmar Baxşıyevin komandası qələbə qazanmaqla həm "qara zolaq"dan çıxmağa, həm də "ikinci cəbhə"də irəliləməyə çalışıb. Elita təmsilçiləri sürprizə imkan verməyiblər və qələbə sayəsində mərhələ adlayıblar. 
 
Qeyd edək ki, bugünkü görüşlərin qalibləri 1/4 finalda bir-birinə rəqib olacaqlar.
 
Azərbaycan Kuboku
1/8 final
19 dekabr
 
“İrəvan” – “Araz-Naxçıvan” - 2:8
Qollar:
Vüsal Qənbərov, 16, Vüsal Əsgərov, 37 - Aksel Nqando, 24, 43, 45+4 (pen.), Orxan Əliyev, 25, 51, Miço Kuzmanoviç, 73, Elvis Maşike, 80, 83
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
“ASK Arena”
 
“İmişli” – “Qəbələ” - 0:1
Qol: Mehrac Baxşalı, 90+3.
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Qəbələ şəhər stadionu
 
Qeyd edək ki, dünən “Sabah” və “Sumqayıt” 1/4 finala yüksəlib. Digər oyunlar 20-21 dekabrda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest