19 Dekabr 2023, 11:04
FUTBOL
"Məhkəmə bizim xeyrimizə qərar çıxarsa, etməli olduğumuz ilk iş UEFA ilə hər şeyi yaxşı düşünməyə başlamaqdır. UEFA-ya yeni turnirin təşkilində iştirak etmək imkanı verilməlidi"
“Barselona”nın prezidenti Joan Laporta Superliqanın gələcəyini şərh edib. Matc.az xəbər verir ki, o, məhkəmənin qərarını gözlədiklərini bildirib:
“Məhkəmə bizim xeyrimizə qərar çıxarsa, etməli olduğumuz ilk iş UEFA ilə hər şeyi yaxşı düşünməyə başlamaqdır. UEFA-ya yeni turnirin təşkilində iştirak etmək imkanı verilməlidi. Layihənin reallaşma sürəti bu dialoqdan asılı olacaq. Amma 1-2 ildən sonra Superliqanı işə sala biləcəyik”.
Qeyd edək ki, Avropa Məhkəməsi dekabrın 21-də UEFA və Superliqa arasında gedən proseslərlə bağlı hökmünü açıqlayacaq.