“Mançester Yunayted” 4 futbolçusunu satışa çıxarıb. Matc.az xəbər verir ki, bunlar yarımmüdafiəçi Kasemiro, müdafiəçi Rafael Varan, vinger Ceydon Sanço və hücumçu Antoni Marsialdı.
 
Rəhbərlik bu transferlərdən 230 milyon funt-sterlinq (267 milyon avro) qazanc götürməyi planlaşdırır. “Qırmızı şeytanlar” yanvarda bu oyunçularla yollarını ayırmaq niyyətindədi.
 
Premyer Liqa klubu artıq bu oyunçularla bağlı təkliflər gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest