Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb. Matc.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. Ona mükafatı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.

İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə və “Pelikan” İdman Fəaliyyətləri Klubunun maliyyə dəstəyi ilə “Fairmont otel”də keçirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest