Mövsümün əvvəlində “Neftçi”dən qalmaqallı şəkildə ayrılan Mateus Saldanya bu gedişlə “Partizan”da da çox qalmayacaq. Matc.az xəbər verir ki, braziliyalı hücumçunun Serbiya klubundakı çıxışı Avropa komandalarının diqqətini çəkib.

Serbiya mətbuatı 24 yaşlı forvard üçün belqradlıların artıq bir neçə təklif aldığını yazıb. Ancaq “Partizan” rəhbərliyi aparıcı oyunçusunu satmağın tərəfdarı deyil. Serblər çempionluq uğrunda mübarizədə Saldanyanın gedişinin onları zəiflədəcəyini düşünür. Lakin cəlbedici təklif olarsa, klub “yox” deməyəcək.

Qeyd edək ki, Mateus Saldanyanın “Partizan”la müqaviləsi 2027-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest