İkinci pillədə “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem qərarlaşıb. “Bavariya”nın qolçusu Harri Keyn ilk “3-lüy”ü qapayıb.
“FourFourTwo” nəşri 2023-cü ilin ən yaxşı 100 futbolçusunu sıralayıb. Matc.az xəbər verir ki, araşdırmaya görə, ilin ən yaxşısı “Mançester Siti”nin hücumçusu Erlinq Halanddı.
İkinci pillədə “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem qərarlaşıb. “Bavariya”nın qolçusu Harri Keyn ilk “3-lüy”ü qapayıb.
Ən yaxşı 10 futbolçu:
1. Erlinq Haland (“Mançester Siti”)
2. Cud Bellingem (“Real”)
3. Harri Keyn (“Bavariya”)
4. Kilian Mbappe (PSJ)
5. Rodri (“Mançester Siti”)
6. Lionel Messi (“İnter Mayami”)
7. Bernardo Silva (“Mançester Siti”)
8. Məhəmməd Salah (“Liverpul”)
9. Antuan Qrizmann (“Atletiko”)
10. Vinisius Junior (“Real”).