“Çox az vaxt keçdi, bərpa mərhələlərini geridə qoymaq hələ mümkün deyil. Biz Neymarın 2024-25 mövsümünün əvvəlində, yəni avqustda qayıtmağa hazır olacağını gözləyirik”

“Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar 2024-cü ildə keçiriləcək Amerika Kubokunda oynamayacaq. Matc.az xəbər verir ki, bu barədə yığmanın həkimi Rodriqo Lasmar məlumat verib.

O bildirib ki, ulduz futbolçunun bərpa dönəmi ləng gedir: “Çox az vaxt keçdi, bərpa mərhələlərini geridə qoymaq hələ mümkün deyil. Biz Neymarın 2024-25 mövsümünün əvvəlində, yəni avqustda qayıtmağa hazır olacağını gözləyirik”.

Qeyd edək ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Neymarın oktyabrda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvayla görüşdə (0:2) ön çarpaz bağ və menisküsü cırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest