Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki görüşünün VAR təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, bu gün keçiriləcək görüşlərə təcrübəli referilər təyinat alıb.

“Səbail” – “Şamaxı” qarşılaşmasında Rauf Cabarov bu funksiyanı yerinə yetirəcək. Görüşün AVAR-ı Namiq Hüseynov olacaq.

FIFA referisi Elçin Məsiyev “Zirə” – “Turan Tovuz” matçında VAR, Rəşad Əhmədov isə AVAR olacaq.

Qeyd edək ki, “Səbail” – “Şamaxı” oyunu saat 14:00-da, “Zirə” – “Turan Tovuz” görüşü 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest