“Bu sınaqdan üzüağ çıxmaq üçün əlimizdən gələni edəcəyik”. Bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasına rəqib olmaları ilə bağlı danışarkən deyib.
“Bu sınaqdan üzüağ çıxmaq üçün əlimizdən gələni edəcəyik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasına rəqib olmaları ilə bağlı danışarkən deyib.
Funksioner bu raundda zəif kollektivin olmadığını bildirib: “Hamısı Çempionlar Liqasının qrup mərhələsində üçüncü olan klublardı və kifayət qədər də güclüdülər. Rəqibin fərqi yox idi. Hər birinə qarşı oyunlarda əlimizdən gələnin ən yaxşısını edəcəkdik. “Braqa” ilə matçlarda da bütün gücümüzlə oynayacağıq”.
Çəlikəl 1/8 finala yüksəlmək ehtimalına da toxunub: “Burada iştirak bizim məsuliyyətimizi daha da artırır. İndiyədək necə savaşmışıq, döyüşmüşüksə, bunun daha da yaxşısını etməyə çalışacağıq. Nəticə də özü gələcək”.
Klub rəsmisi qış transfer dönəmində heyətə yeni oyunçuların cəlb olunacağını da istisna etməyib: “Hazırda gündəmimizdə hansısa futbolçu yoxdu. Amma pley-off matçlarına kimi vaxtımız var. Bu müddət ərzində məşqçilər heyəti transfer istəsə, biz də lazım olan dəstəyi göstərəcəyik”.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı pley-offdakı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Report