“Böyük qürur hissi və sevgi ilə Xankəndiyə gedirik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İctimai TV”yə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis Azərbaycan Kubokunda 1/8 final mərhələsinin MOİK-lə görüşünü Xankəndi şəhər stadionunda keçirmələrinə münasibət bildirib: “Orada belə oyunumuz olacağı üçün dünənki məşqdə komandada əhvali-ruhiyyə çox yaxşı idi. Məncə, oyun vaxtı daha qürurlu olacağıq. Azərbaycan Ordusuna, əsgərlərimizə, ölkə Prezidentinə təşəkkür edirəm ki, o torpaqların hamısını geri qaytardılar”.

Təcrübəli çalışdırıcı avrokubok oyunlarının gələcəkdə Xankəndiyə salınması ilə bağlı sualı isə belə cavablandırıb: “Bunu çox istəyərik. İnşallah, gələcəyin planıdı. Bunun hər şey standartlara uyğun olmalıdı”.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” - MOİK görüşü saat 14:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest