Almaniyada keçirilən Avropa çempionatının final oyununun hakimi bəlli olub. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.

İyulun 14-də “Olimpiyastadion”da baş tutacaq görüşü Fransua Leteksye idarə edəcək. Final qarşılaşmasında İngiltərə və İspaniya yığmaları çempionluq uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest