24 İyul 2024, 20:55
FUTBOL
“Trabzonspor” “Atletiko”nun mərkəz müdafiəçisi Stefan Saviçin transferini rəsmən tamamlayıb.
Matc.az xəbər verir ki, Türkiyə klubunun rəsmi səhifələrində futbolçu ilə bağlı video elan yerləşdirilib. O, Trabzon azarkeşlərinin mahnısından sitat gətirib: “Bizə hər yər Trabzon”.
Bildirilir ki, Saviçlə 3 illik müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, 33 yaşlı Saviç “Atletiko”nun əfsanəsidir. O, 2015-ci ilin yayından, “Fiorentina”dan 12 milyon avroya keçdiyi vaxtdan Madrid klubunda oynayır. O vaxtdan bəri Saviç Dieqo Simeonenin komandasında 296 oyun keçirib və 3 qol vurub.