Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Aksel Vitsel komandasının çempionluq şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, Bundesliqanın rəsmi saytına danışan belçikalı futbolçu hələ də qızıl medallara inandıqlarını bildirib.
Vitsel Bundesliqanın cari mövsümü ilə bağlı da maraqlı fikirlər səsləndirib: "Bir gün səhv etdiyiniz üçün narahat olursunuz. Bir başqa gün xoşbəxtsiniz, çünki komanda hələ də çempion ola bilər. Buna görə də Bundesliqa dəlixanadı, çox çılğın turnirdi. Mövsümün son turunda bütün gücümüzü ortaya qoymalıyıq. "Bavariya"nın "Ayntraxt"la, bizim isə Mönhenqladbax "Borussiya"sı ilə çətin oyunumuz olacaq. Hər iki komanda çempionlar Liqasına düşməyə çalışır. öz matçımıza diqqət yetirməli və "Bavariya"nın xal itirməsinə ümid etməliyik. İlk dəfədi belə bir çempionluq yarışı yaşayıram".
Qeyd edək ki, Bundesliqada sona 1 tur qalmış "Bavariya" 75, "Borussiya" 73 xala malikdi.