Futbol üzrə Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Daequ"lə üz-üzə gəlib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı sol cinah müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 4 turdan sonra aktivində 9 xal olan "Tecon Xana Sitizen" turnir cədvəlinin zirvəsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest