"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 28-ci turunda "Sauthempton"la oyunun nəticəsini şərh edib.

Matc.az xəbər verir ki, 3:1 hesabı ilə bitən oyundan sonra Salah açıqlama verib.

"Sauthempton"un əla oyun planı var idi və bunu göstərdi. Məşqçimiz fasilədə aşkar narazılığını bildirdi. Birinci hissədə sürət və konsentrasiyadan məhrum olmaqla çox ləng və diqqətsiz oynadıq. Düzünü desəm, bu gün zəif oynadıq. Premyer Liqada və ya Çempionlar Liqasında titullar uğrunda mübarizə aparmaq istəyirsinizsə, sadəcə olaraq bu oyunları itirə bilməzsiniz. Bunlar mütləq qələbə qazanmalı oyunlardır və biz bunu başa düşürük".

Qeyd edək ki, "Liverpul" 70 xalla turnir cədvəlində vahid liderdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest