"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının növbəti mövsüm UEFA Çempionlar Liqasına qatılmaları ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, mütəxəssis bunun üçün daha yaxşı çıxış etməli olduqlarını deyib.

"Daha yaxşı oynamalıyıq. Nəsə etmək lazımdır. Çempionlar Liqasına qatılmaq göydən düşməyəcək. Qarşıda 10 tur qalıb, gələn çərşənbə günü "Brayton"la oynayacağıq və sonra nə olacağını görəcəyik".

Qeyd edək ki, keçirilən 28 matçdan sonra "Mançester Siti" Premyer Liqa turnir cədvəlində dördüncü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest