09 Mart 2025, 11:35
FUTBOL
"Liverpul" Darvin Nunesin əvəzedicisi kimi gördüyü 23 yaşlı forvard Joao Pedro ilə müqavilə bağlamaq üçün "Brayton"a təklif hazırlayır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Empire of the Kop" paylaşıb.
Bildirilir ki, mersisaydlılar braziliyalı futbolçunun transferi üçün "Brayton"a 50 milyon avro ödəməyə hazırdır. "Liverpul" rəhbərliyinin Pedronun təkcə hücumun mərkəzində deyil, həm də cinahlarda oynamaq bacarığını bəyəndiyi vurğulanır.
Qeyd edək ki, bu mövsüm Pedro bütün turnirlərdə 24 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.