09 Mart 2025, 12:53
FUTBOL
"Real"ın müdafiəçisi Antonio Rudiger Madrid klubunda müqaviləsinin sonuna qədər qalmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı futbolçu daha sonra Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərdən keçirməyi düşünür və karyerasını orada başa vurmağı planlaşdırır.
Qeyd edək ki, Rudigerin "Real"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir. O, Madrid təmsilçisində bütün turnirlərdə 141 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.