09 Mart 2025, 13:16
FUTBOL
"Milan" yayda baş məşqçi dəyişikliyinə gedə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" paylaşıb.
"Rossoneri"lər Massimiliano Alleqrinin namizədliyini nəzərdən keçirir. Hazırda 57 yaşlı Alleqri klubsuzdur.
İtaliyalı mütəxəssis 2010-2014-cü illərdə "Milan"ı çalışdırıb. "Milan" onunla 2011-ci ildə çempionluq və İtaliya Superkubokunu qazanıb.
Hazırda "Milan"ı Serxio Konseysao çalışdırır. O, 2024-cü ilin sonundan komandaya rəhbərlik edir. "Milan" A seriyasında 9-cu yeri tutur.