"Barselona" futbolçusu Rafinya ilə müqavilə uzatmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu bilir ki, hazırda Rafinya üçün konkret təklif olmasa da, Səudiyyə Ərəbistanı klubları onunla maraqlanmaqda davam edir. "Barselona" braziliyalı hücumçunu komandada saxlamaq niyyətindədir və onunla yeni müqavilə hazırlayır. O, İspaniya nəhənginin ən çox maaş alan oyunçularından birinə çevriləcək.

Xatırladaq ki, ötən mövsüm Səudiyyə Ərəbistanının "Əl-Hilal"ı Rafinyanı transfer etmək üçün "Barselona"ya 100 milyon avro ödəməyə hazır idi və futbolçuya 15 milyon avro maaş da təklif etmişdi.

28 yaşlı vingerin hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest