09 Mart 2025, 14:31
FUTBOL
Türkiyə millisinin və "Qalatasaray"ın üzvü Kaan Ayhan karyerasını yenidən ölkə xaricində davam etdirə bilər.
Matc.az xəbər verir ki, 30 yaşlı futbolçuya İtaliyadan təklif var.
"Udineze" Ayhanı heyətinə qatmaqda israrlıdır.
Qeyd edək ki, müdafiəçinin "Qalatasaray"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Kaan əvvəllər "Şalke", "Ayntraxt" (Frankfurt), "Fortuna", "Sassuola" komandalarında oynadıqdan sonra 2023-cü ildə "Qalatasaray"a keçib.