09 Mart 2025, 16:06
FUTBOL
"Barselona"nın əsas komandasının həkimi 40 yaşlı Karles Minyaro Qarsia vəfat edib.
Matc.az xəbər verir ki, "Real" əzəli rəqibinə Qarsiyanın ölümü ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, həkimin ölümünə görə ötən gün baş tutmalı olan "Barselona" – "Osasuna" matçı təxirə salınıb.
Qarşılaşmanın aprelin 26-da və ya mayın 21-də keçiriləcəyi gözlənilir.