Dekonun braziliyalı futbolçunun qayıtmasının qəti əleyhinə olmasının bir neçə səbəbi var.
"Barselona"nın idman direktoru Deko hazırda "Santos"da çıxış edən 33 yaşlı hücumçu Neymarı transfer etmək ehtimalını istisna edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.
Bildirilir ki, Dekonun braziliyalı futbolçunun qayıtmasının qəti əleyhinə olmasının bir neçə səbəbi var. Birincisi, "Barselona" funksionerinin sözlərinə görə, Neymar artıq karyerasının zirvəsini keçib və əvvəlki formasına qayıtmayacaq. İkincisi, Kataloniya klubu braziliyalı oyunçunun komandanın gənc futbolçularına mənfi təsir göstərə biləcəyindən ehtiyat edir. Üçüncüsü, Neymar artıq karyerasını "Barselona"da davam etdirməməyə qərar vermişdi.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə Kataloniya klubunda çıxış edib.