"Bavariya" yaxın vaxtlarda yarımmüdafiəçi Coşua Kimmixlə müqaviləni uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romanonun paylaşıb.

Bildirilir ki, klub artıq yeni müqavilənin imzalanması üçün lazım olan bütün sənədləri hazırlayıb. Kimmixin "Bavariya" ilə yeni müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, 30 yaşlı futbolçunun hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

Coşua Kimmix 2015-ci ilin iyulundan "Bavariya"da çıxış edir. Alman futbolçu bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 1 qol vurub, 10 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest