“Yuventus” İtaliya A Seriyasının XXVIII turunda “Atalanta”ya 0:4 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, turinlilər bununla XXI əsrdə ilk dəfə öz meydanında 4 top fərqi ilə uduzub.

“Qoca sinyora” doğma arenasında sonuncu dəfə “Torino”ya bu hesabla yenilib. Bu isə 1967-ci il oktyabrın 22-nə təsadüf edib. Beləliklə, 58 illik uğursuz göstərici təkrarlanıb.

Qeyd edək ki, hazırda “Yuventus” 52 xalla A seriyasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest