“Mançester Yunayted” 2022-ci ildən bəri “Arsenal” məğlub edə bilmir. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqanın XXVIII turunda rəqibi ilə xalları yarı bölüb – 1:1.

“Mankunianlılar” son 6 görüşdə londonlular üzərində cəmi bir qələbə qazana bilib ki, bu da yanvarda İngiltərə Kubokunda penaltilər seriyası zamanı reallaşıb. “Arsenal” isə bu müddət ərzində ölkə çempionatında 4 dəfə rəqibini məğlub edib.

Qeyd edək ki, hazırda “Arsenal” 55 xalla ikinci, “Mançester Yunayted” isə 34 xalla 14-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest