10 Mart 2025, 10:45
FUTBOL
“Çelsi”nin yarımmüdafiəçisi Kol Palmer İngiltərə Premyer Liqasının XXVIII turunda “Lester”lə oyunda karyerasında ilk dəfə penalti qaçırıb. Matc.az xəbər verir ki, ulduz futbolçu 22-ci dəqiqədə onbirmetrlik zərbəni qola çevirə bilməyib.
Palmerin zərbəsini rəqib qapıçı Mads Hermansen dəf etməyi bacarıb. Maraqlıdır ki, Palmer buna qədər yerinə yetirdiyi 17 penalti zərbəsinin hamısında qol vurmağı bacarmışdı.
Qeyd edək ki, “Çelsi” doğma arenasında “Lester”i 1:0 hesabı ilə məğlub edib.