17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Matc.az xəbər verir ki, millimiz martın 14-də, saat 13:00-da, “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyunu keçirəcək.

U-17 martın 15-dən 25-dək Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komadamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Millimizə bu oyunçular çağırılıb: Elbrus Kərimov, Səttar Tahirzadə, Tuncay Əhmədov, Muhamməd Çodarov, Tunar Rzayev, Nadir Nəsibli (hamısı “Marcet”, İspaniya), Amin Rzayev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əhməd Vəliyev, Əli İbrahim (hamısı “Qarabağ”), Rauf Əyyubov, Həzrət Səmədov (hər ikisi “Sabah”), Murad Qurbanov, Fərid Cabbarlı (hər ikisi “Zirə”), Tunar Muradov (“Turan Tovuz”), İbrahim Babayev (“Servette 1890”, İsveçrə), Vüsal Kərimov (“Neftçi”), Ariz Kərimov (“Qəbələ”), İslam Həsənov (“Graficar”, Serbiya).

 

Yığmamızın oyunlarının təqvimi:

19 mart

18:00. Azərbaycan – Albaniya

“Elbasan Arena”

22 mart

15:00. Uels – Azərbaycan

“Elbasan Arena”

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest