“Napoli”nin hücumçusu Romelu Lukaku stabil nəticə göstərməkdə davam edir. Matc.az xəbər verir ki, belçikalı forvard İtaliya A Seriyasının XXVIII turunda “Fiorentina” ilə görüşdə də fərqlənib.

Lukaku bununla cari mövsümdə qollarının sayını 10-a çatdırıb. Bu, Lukakunun Top-5 liqalarda 10 və daha çox qol vurduğu 12-ci mövsümüdür. “Böyük beşlik” ölkələrində onun ilk dəfə qol vurduğu 2012-13 mövsümündən (həmin vaxt “Vest Bromviç”də olub) etibarən, yalnız Robert Levandovski (13 mövsüm) Lukakudan bir mövsüm çox 10 qol həddinə çatıb.

Qeyd edək ki, Romelu Lukakunun 1 qol, 1 assistlə yadda qaldığı matçda “Napoli” “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest