“Aston Villa”nın qapıçısı Emiliano Martines zədələnib. Matc.az xəbər verir ki, argentinalı qolkiper bu səbəbdən İngiltərə Premyer Liqasının XXVIII turunda “Brenford”la (1:0) keçirilən oyunu buraxıb.

“Aston Villa”nın baş məşqçisi Unay Emeri dünya çempionunun zədəsinin ciddi olmadığını açıqlayıb: “Martines və Asensio özlərini yaxşı hiss etmədilər. Onlarda əzələ ağrıları var idi, ancaq o qədər də güclü deyil. Bu üzdən oynaya bilmədilər. Risk etməmək qərarına gəldik. Ümid edirəm ki, çərşənbəyə qədər sağalacaqlar”.

Qeyd edək ki, “Aston Villa” martın 12-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Briügge” ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest