MOİK-lə görüşün ardından hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan və hakimlər otağına daxil olan “Qaradağ Lökbatan”ın məşqçisi Amit Quluzadə 3 oyunluq cəzaya məruz qalıb. Millimizin sabiq futbolçusuna görə, “Qaradağ Lökbatan” 300 manat cərimə ödəməli olacaq.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, komitə I Liqanın XVII turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verib.

MOİK-lə görüşün ardından hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan və hakimlər otağına daxil olan “Qaradağ Lökbatan”ın məşqçisi Amit Quluzadə 3 oyunluq cəzaya məruz qalıb. Millimizin sabiq futbolçusuna görə, “Qaradağ Lökbatan” 300 manat cərimə ödəməli olacaq.

“İmişli”nin futbolçusu Gilyerme Silva isə “Mingəçevir”lə matçın 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Silva qarşıdakı 4 görüşü buraxmalı olacaq, “İmişli” isə 300 manat cərimə ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest