10 Mart 2025, 12:50
FUTBOL
“Atletiko”nun idman direktoru Andrea Berta klubunu dəyişib. Matc.az xəbər verir ki, funksioner “Arsenal”la anlaşıb.
O, yaxın müddətdə Londonda təmsilçisində eyni vəzifəyə başlayacaq. Onun keçidi ilə bağlı təşəbbüs “Arsenal”ın idarəedici direktoru Riçard Qarlik və icraçı vitse-prezident Tim Lyuis tərəfindən olub. Həmçinin, baş məşqçi Mikel Artetanın da razılığı alınıb. Berta ötən ilin noyabrında “Arsenal”dan ayrılan Edu Qasparı əvəzləyəcək.
Qeyd edək ki, “Arsenal” hazırda İngiltərə Premyer Liqasında 2-ci pillədə qərarlaşır.