“Bavariya” kapitanı Yozua Kimmixlə yeni müqavilə imzalamağa hazırlaşır. Matc.az xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi ilə bağlı bütün sənədlər artıq hazırdır. Kimmix tezliklə Bundesliqa nəhəngi ilə anlaşmasını 2029-cu ilə qədər uzadacaq.

Qeyd edək ki, Kimmix 2015-ci ildən “Bavariya”nın formasını geyinir. O, münhenlilərlə 8 dəfə Almaniya çempionu olub, 2019-20 mövsümündə Çempionlar Liqasını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest