10 Mart 2025, 13:15
FUTBOL
“Mançester Yunayted” yay fasiləsində ABŞ turnesinə çıxacaq. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” iyul-avqust aylarında həmin ölkədə təlim-məşq toplanışında olacaq.
“Mançester Yunayted” bu müddətdə 3 yoldaşlıq görüşü keçirəcək ki, hər üç matçda rəqib İngiltərə Premyer Liqasının digər iştirakçıları olacaq. Komanda Nyu-Cersidə “Vest Hem”lə, Çikaqoda “Bornmut”la, Atlantada isə “Everton”la qarşılaşacaq.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 28 turdan sonra 34 xalla tunir cədvəlinin 14-cü pilləsində qərarlaşır.