“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə “Mançester Siti”nin sabiq forvardı Serxio Aqueroya çatıb. Matc.az xəbər verir ki, hər iki futbolçunun aktivində 184 qol var.

Premyer Liqa tarixinin bombardirləri siyahısında Aquero ilə birlikdə 5-ci pilləni bölüşdürən Salah bununla bağlı təəssüratlarını açıqlayıb: “Rekorddan xəbərim var idi, amma oyun zamanı bunu düşünmürdüm. Aquero qol sayını bərabərləşdirmək yaxşı göstəricidir. Serxio böyük oyunçudur, o, bu liqanın əfsanəsi idi. Belə oyunçuya çatdığıma və komandamızın qələbəsinə görə çox şadam”.

Qeyd edək ki, Məhəmməd Salah son olaraq İngiltərə Premyer Liqasının XXVIII turunda “Sauthempton”u 3:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. İngiltərə Premyer Liqası tarixinin ən məhsuldar futbolçusu isə “Nyukasl”ın əfsanəvi forvardı Alan Şirerdir. O, liqada 260 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest